SİQARETÇƏKMƏ İLƏ ÜMUMDÜNYA MÜBARİZƏ GÜNÜ AZƏRBAYCANDA DA QEYD OLUNACAQ
Dünya Səhiyyə Təşkilatının (DST) Bakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, siqaretçəkmə ilə mübarizə üzrə Avropa strategiyasına qatılmış Azərbaycanda ardıcıllıqla həyata keçirilən bu strategiyanın əsas prinsipi zərərli vərdiş barədə ictimaiyyətin məlumatlılığı səviyyəsini yüksəltməkdən ibarətdir.
DST mütəxəssislərinin hesablamalarına görə, siqaretçəkmənin nəticələrinin doğurduğu xəstəliklərdən hər il dünyada təqribən 4 milyon insan ölür.