“SİRAB” MİNERAL SULAR ZAVODU ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMADAN SONRA İŞƏ SALINMIŞDIR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müəssisənin yenidən işə düşməsini əlamətdar hadisə kimi dəyərləndirmişdir. Qeyd edilmişdir ki, burada ildə 24 milyon şüşə mineral su istehsal olunacaqdır.
Müəssisənin müxtəlif ölçülü plastik və şüşə qablarda buraxdığı “Sirab” respublikamızın bölgələrinə, Rusiya Federasiyasına göndərilir. Gələcəkdə mineral suları qonşu Türkiyə və İrana, Avropa və Asiyanın bir sıra ölkələrinə də ixrac etmək nəzərdə tutulmuşdur.
“Sirab” mineral suyu bu ilin mayında Cenevrədə keçirilmiş “Biznesdə yüksək keyfiyyət” Beynəlxalq Forumunun qızıl medalına layiq görülmüşdür.
Gələcəkdə müəssisədə qazsız suların, ətirli içkilərin və limonadların istehsal edilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]