Şirkət rəhbəri: Müəssisənin işə düşməsi nəticəsində Azərbaycanda dərman qiymətlərinin 15 faiz ucuzlaşması gözlənilir
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycanda hər il dərman bazarı 10 faiz böyüyür. İnsanların müxtəlif adda dərman əldə etməsi icbari sığortanın tətbiqindən sonra asanlaşıb.
AZƏRTAC xəbər verir ki, bunu “Gen Pharma Caucasus Manufacturing Operations” şirkətinin rəhbəri Abidin Gülmüş bildirib.
O qeyd edib ki, müəssisənin işə düşməsi nəticəsində qiymətlərdə 15 faiz ucuzlaşma olması gözlənilir.
Şirkət rəhbəri qeyd edib ki, müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksəkkeyfiyyətli 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq: “İnşa ediləcək zavodun investisiya dəyəri 59,3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]