Şirvanda avtomat silah, daraq və patronlar aşkarlanıb
Şirvan, 20 noyabr Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat, 1 ədəd daraq və 26 ədəd patron aşkarlanaraq götürülüb.
Həmçinin şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində 2 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına könüllü təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:37]
Naxçıvanda DOST Qəbul şöbələri yaradılır
- 05.10.2026 [17:30]
Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb
- 05.10.2026 [17:05]
Kəlbəcər sakinləri mina təhlükəsizliyi barədə məlumatlandırılıblar
- 05.10.2026 [16:58]
Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]