Şirvanda sakinlərdən avtomat, daraq, patronlar və ov silahları təhvil götürülüb
Şirvan, 7 dekabr, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləri tərəfindən bir ədəd avtomat, bir ədəd daraq və 21 ədəd patron, eləcə də 6 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.