“Sivasspor” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 12-də futbol üzrə Türkiyə çempionatının 32-ci turunun ikinci gün qarşılaşmasında “Fənərbağça” “Sivasspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, maraqlı keçən qarşılaşmada hesabı 9-cu dəqiqədə Sivas təmsilçilərinin hücumçusu Arouna Kone açıb. Görüşün 27-ci dəqiqəsində istanbulluların yarımmüdafiəçisi Dəniz Turuc hesabı bərabərləşdirib. Lakin 44-cü dəqiqədə qonaqların yarımmüdafiəçisi Əmrə Qılınc komandasına qələbə qazandıran topun müəllifi olub.
Beləliklə, “Sivasspor” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, iyulun 13-də “Kasımpaşa” - “Rizəspor”, “Kayserispor” - “Qaziantep”, “Konyaspor” - “Başakşəhər”, “Dənizlispor” - “Trabzonspor”, “Yeni Malatyaspor” - “Beşiktaş” komandaları qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]