Siyəzəndə yük maşını aşıb, yolda hərəkət məhdudlaşdırılıb VİDEO
Siyəzən, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda yanacaq daşıyan yük avtomobili aşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəzaya uğrayan avtomobil yolun hərəkət hissəsinə aşdığınıdan hazırda Bakı istiqamətində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb, alternativ yoldan istifadə olunur.
Hadisə yerinə Dövlət Yol Polisi və digər müvafiq qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində iş aparılır.