SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YANEZ DRNOVŞEKƏ
Sloveniya Respublikasının Milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Sloveniya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi üçün səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2004-cü il.