Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı sona yaxınlaşır
Bakı, 6 aprel, AZƏRTAC
Bu gün Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında sonuncu - 11-ci turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ötən turların nəticələrinə görə, şahmatçılarımızdan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov və Vasif Durarbəyli hərəyə 7 xalla 6-25-ci yerləri bölüşürlər. Yarış cədvəlinə 8 xalla almaniyalı Matias Blubaum başçılıq edir.
İsveçrə sistemi üzrə təşkil olunan turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]