Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sloveniyadakı diaspor rəhbərindən ümid dolu kitab: “Yağışdan sonra Günəş”

Vyana, 9 iyul, AZƏRTAC

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti, diaspor fəalı Taleh Qurbanov illərdir xaricdə həmvətənlərimizi birləşdirən, ölkəmizi tanıdan fəal işi ilə tanınır. İndi isə o, fərqli bir sahədə — ədəbiyyatda özünü sınayıb. Bu günlərdə müəllifin "Yağışdan sonra Günəş" adlı fəlsəfi-psixoloji kitabı işıq üzü görüb. Gənc bir oğlanla yaşlı kitab satıcısının söhbətləri üzərində qurulan əsər insanın daxili mübarizəsindən, itirilmiş ümidlərdən və yenidən ayağa qalxmaq gücündən bəhs edir. Taleh Qurbanovla diaspor fəaliyyətindən tutmuş kitabın yaranma hekayəsinə, ondan gələcək yaradıcılıq planlarına qədər geniş söhbət etdik.

-Taleh müəllim, Sloveniyada Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti kimi diaspor fəaliyyətinizdən başlayaq. Hazırda diasporun əsas fəaliyyət istiqamətləri hansılardır və Sloveniya cəmiyyətində Azərbaycanı tanıtmaq baxımından hansı nəticələrə nail olmusunuz?

-Sloveniyada Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının əsas məqsədi Azərbaycanın tarixini, mədəniyyətini və milli dəyərlərini Sloveniya cəmiyyətində tanıtmaq, eyni zamanda burada yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyi gücləndirməkdir.

Fəaliyyətimiz çərçivəsində Xocalı soyqırımı və Zəfər Günü ilə bağlı anım və maarifləndirici tədbirlər keçirir, Azərbaycanın tarixi həqiqətlərini, eləcə də ölkəmizin Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq siyasətini Sloveniya ictimaiyyətinə çatdırırıq. Həmçinin, 16 yaşınadək azərbaycanlı və sloveniyalı uşaqlar üçün birgə mədəni və maarifləndirici proqramlar təşkil edərək dostluq, qarşılıqlı hörmət və multikultural dəyərləri təbliğ edirik.

Bu fəaliyyətlərin həyata keçirilməsində bizə göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürümüzü bildiririk. Komitənin göstərdiyi dəstək sayəsində fəaliyyətimiz daha səmərəli və daha geniş miqyasda həyata keçirilir. Keçirdiyimiz tədbirlərin uğurla təşkil olunmasında onların əvəzsiz dəstəyi və əməkdaşlığı mühüm rol oynayır.

Bu fəaliyyətlər nəticəsində Azərbaycanın Sloveniya ictimaiyyəti, eləcə də müxtəlif dövlət qurumları arasında daha yaxından tanınmasına, Azərbaycan-Sloveniya dostluq münasibətlərinin və əməkdaşlığının inkişafına mühüm töhfə vermişik.

-Xaricdə, diaspor fəaliyyətinin gündəlik gərgin ritmində yaşayarkən sizi yazıçılığa, ədəbi yaradıcılığa sövq edən nə oldu? "Yağışdan sonra Günəş" kitabının ideyası necə yarandı?

-Səmimi desəm, özümü yazıçı adlandırmıram. Çünki mənim dərin ədəbi təhsilim və ya böyük bir yazıçılıq iddiam olmayıb. Mən sadəcə illər ərzində həyatımda qarşılaşdığım hadisələri, yaşadığım çətinlikləri, düşündüklərimi və həmin an keçirdiyim hissləri telefonumda qeyd edirdim. Bu qeydlər mənim üçün daxili düşüncələrimi ifadə etmək, yaşadıqlarımı mənalandırmaq və daxilən hüzur tapmaq yolu idi.

Zaman keçdikcə anladım ki, bu yazılar sadəcə düşüncələr deyil — onların hər biri yaşanmış həyat təcrübələrinin, müşahidələrin və insanlarla bağlı gördüyüm həqiqətlərin nəticəsidir. Düşündüm ki, bəlkə mənim keçdiyim yol, qarşılaşdığım çətinliklər və həyatdan çıxardığım nəticələr kiməsə öz yolunda kömək edə bilər.

Son illərdə cəmiyyətdə baş verən özünəqəsd hadisələri məni xüsusilə dərindən düşündürüb. Məhz bu düşüncələr məni illər ərzində topladığım fikirləri və həyat təcrübələrimi kağıza köçürməyə sövq etdi. Mənim əsas məqsədim yazıçı kimi tanınmaq deyil, sadəcə cəmiyyətimizə faydalı ola biləcək bir fikir, bir ümid və bir mesaj çatdırmaqdır.

Beləcə, “Yağışdan sonra Günəş” adlı fəlsəfi-psixoloji povestin ideyası yarandı. Bu əsər insanın daxili mübarizəsini, həyatın mənasını axtarışını, çətinliklər qarşısında ümidini qorumasını və öz daxilindəki gücü kəşf etməsini əks etdirir. Bu kitab sadəcə bir bədii əsər deyil — insanlara hər qaranlıq dövrdən sonra yeni bir başlanğıcın mümkün olduğunu xatırladan, həyat yolunda düşünməyə və ümidlə irəliləməyə çağıran bir mesajdır.

-Kitabın müəllif sözündə gənc bir qızın faciəsindən bəhs edirsiniz. Bu ağrılı xəbər sizi necə tapdı və həmin andan kitabın yaranmasına qədər hansı yol keçdi?

-Gənc bir qızın faciəvi şəkildə həyatına son qoyması ilə bağlı xəbəri eşidəndə məni ən çox sarsıdan onun yaşadığı daxili ağrıları və həmin anda bəlkə də yanında ona ümid verəcək, onu anlayacaq bir insanın olmaması düşüncəsi idi. Həmin an öz-özümə düşündüm ki, bəzən insanlar içində böyük mübarizələr aparır, amma bunu heç kim görmür. Bəzən bir söz, bir diqqət və ya sadəcə bir insanın yanında olması bir həyatın dəyişməsinə səbəb ola bilər.

Bu hadisə məni uzun müddət düşündürdü. Həmin hadisədən sonra hiss etdim ki, bu fikirləri yalnız özüm üçün saxlamaq deyil, cəmiyyətlə bölüşmək zamanıdır. Mənim məqsədim sadəcə bir kitab yazmaq deyil, çətin anlar yaşayan insanlara kiçik də olsa bir ümid, bir işıq göstərməkdir.

İnanıram ki, bəzən vaxtında deyilən bir söz, paylaşılan bir fikir və ya verilən bir ümid insanın həyatında böyük dəyişiklik yarada bilər.

-Özünüz də qeyd edirsiniz ki, kitab "yaşadıqlarınızdan, itirdiklərinizdən və qazandıqlarınızdan süzülüb gəlir". Maraqlıdır, bu xatirələri bölüşmək şəxsi baxımdan sizin üçün çətin oldumu, yoxsa bu, bir növ sağaldıcı proses idi?

- Bu kitabı yazmaq mənim üçün həm çətin, həm də mənəvi baxımdan çox dəyərli bir proses oldu. Bu kitabı yazarkən məqsədim yalnız öz hekayəmi danışmaq deyildi. Yaşadıqlarımın içindən çıxardığım nəticələri, insanlara faydalı ola biləcək düşüncələri bölüşmək istəyirdim.

Ən önəmlisi isə budur ki, insan keçmişdə yaşadığı çətinliklərə yalnız ağrı kimi deyil, həm də bir dərs və təcrübə kimi baxmağı öyrənir. "Yağışdan sonra Günəş" mənim üçün sadəcə bir kitab deyil, həyat yolunda topladığım düşüncələrin və insanlara ümid vermək istəyimin ifadəsidir.

-Xaricdə yaşayıb yaradan bir soydaşımız olaraq, kitabı məhz Azərbaycan dilində yazmağınızın sizin üçün xüsusi mənası varmı — bu, həm də diaspor fəaliyyətinizin bir parçası kimi görülə bilərmi?

-Bəli, kitabı məhz Azərbaycan dilində yazmağım mənim üçün xüsusi məna daşıyır. Xaricdə yaşasam da, ana dilim mənim kimliyimin, mənəvi bağlarımın və milli dəyərlərimin əsas hissəsidir. Mən bu kitabı yalnız bir ədəbi əsər kimi deyil, eyni zamanda dilimizin və mədəniyyətimizin təbliğinə kiçik bir töhfə kimi görürəm. Xaricdə yaşayan azərbaycanlılar üçün ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi çox vacibdir.

Biz dünyagörüşümüzü, həyat tərzimizi inkişaf etdirə bilərik, amma haradan gəldiyimizi, hansı mədəniyyətə və tarixə bağlı olduğumuzu dəyişdirə bilmərik.

-Bu kitabla oxucuya çatdırmaq istədiyiniz əsas mesaj nədir və gələcəkdə diaspor işini ədəbi yaradıcılıqla birləşdirməyi davam etdirmək niyyətindəsinizmi?

-"Yağışdan sonra Günəş" kitabı insanlara xatırlatmaq istəyir ki, bəzən ən böyük dəyişiklik insanın öz düşüncəsindən başlayır. Gələcəkdə də diaspor fəaliyyətimi və ədəbi yaradıcılığımı bir-birindən ayrı görmürəm. Mənim üçün əsas məqsəd Azərbaycanımızı, milli dəyərlərimizi və insanlara fayda verə biləcək düşüncələri həm ictimai fəaliyyət, həm də yaradıcılıq yolu ilə təbliğ etməkdir.

Bu kitabda yalnız insanın daxili dünyasına və həyat mübarizəsinə deyil, eyni zamanda tariximizə və milli yaddaşımıza da toxunmuşam. Əsərdə Azərbaycanın sovet dövründə ziyalılarımızın repressiyalara məruz qalmasına dair mesajlar da yer alır — çünki keçmişimizi, yaşanan hadisələri və xalqımızın yaddaşını unutmaq olmaz.

Kitabın sonunda elektron ünvan da qeyd olunub. Məqsədim oxucularla birbaşa əlaqə yaratmaqdır.

Kitabda insanın dünyaya gəlməsi və həyatdan köçməsi sadəcə bioloji bir proses kimi deyil, daha dərin mənəvi məna daşıyan bir proses kimi təqdim olunur. Əsərdə vurğulanır ki, insanın hansı coğrafiyada doğulması və hansı milli mənsubiyyətə sahib olması da təsadüfi deyil. Hər bir insanın bu həyatda öz missiyası, öz yolu və Tanrı tərəfindən ona verilmiş bacarıqları var. Əsas məsələ həmin bacarıqları kəşf etmək, onları inkişaf etdirmək və cəmiyyətə fayda verəcək şəkildə dəyərləndirməkdir.

Sonda isə bu kitabın ərsəyə gəlməsində peşəkarlığı, dəyərli tövsiyələri və böyük əməyi olan redaktorum Samir Buluta səmimi təşəkkürümü bildirirəm. Həmçinin bu fəlsəfi-psixoloji povestin nəşr olunaraq oxuculara çatdırılmasında göstərdiyi dəstəyə görə Alatoran Nəşriyyatına minnətdarlığımı ifadə edirəm. Onların əməyi sayəsində "Yağışdan sonra Günəş" öz oxucuları ilə görüşmək imkanı qazandı.

 

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar