SOCAR-ın təsdiqlənmiş neft ehtiyatları azalıb
Bakı, 3 dekabr, AZƏRTAC
SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilə dair “Davamlı inkişaf üzrə illik hesabat”ında deyilir.
Bildirilir ki, 2019-cu ilin sonuna şirkətin təsdiq edilmiş ümumi neft ehtiyatları 120 milyon 204 min ton olub. 67 milyon 179 min ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilən, 6 milyon 833 min ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilməyən, 74 milyon 12 min ton təsdiq edilmiş və işlənmiş, 46 milyon 192 min ton təsdiq edilmiş və işlənməmiş neft ehtiyatlarıdır.
Qeyd edək ki, 2018-ci ilin sonunda SOCAR-ın təsdiq olunmuş ümumi neft ehtiyatları 125,9 milyon ton təşkil edib. 71 milyon ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilən, 7,1 milyon ton təsdiqlənmiş, işlənmiş və istehsala daxil edilməyən, 78,2 milyon ton təsdiq edilmiş və işlənmiş, 47,6 milyon ton təsdiq edilmiş və işlənməmiş neft ehtiyatları olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]