SOCAR üç ayda 4,5 milyon ton neft, 512 milyon kubmetrədək qaz ixrac edib
Bakı, 16 aprel, AZƏRTAC
Birinci rüb ərzində SOCAR tərəfindən 4,5 milyon ton xam neft, 512 milyon kubmetrədək təbii qaz ixrac edilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ixrac edilən neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 milyon tonadək neft ixrac edilərək tankerlərə yüklənib.
Üç ayda ölkədən 5 milyard kubmetrdən çox qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz çoxdur. Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]