SOCAR və Beynəlxalq Cüdo Federasiyası arasında tərəfdaşlıq müqaviləsi qüvvəyə minib
Bakı, 11 fevral, AZƏRTAC
SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb.
AZƏRTAC İJF-nin rəsmi saytına istinadla xəbər verir ki, sazişi Budapeştdə SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer imzalayıblar.
Anlaşma dörd il müddətinə nəzərdə tutulub.
İmzalanma mərasiminin ardından M.Vizer bildirib ki, bu tərəfdaşlıq cüdonun bütün dünyada təşəkkül tapması baxımından mühüm addımdır: “Bizim üçün də belə bir müqaviləni ən məşhur şirkətlərdən biri ilə imzalamağımız çox əlverişli imkandır. SOCAR-la tərəfdaşlıq idman sahəsində bir çox layihələrimizin həyata keçirilmə baxımından mühüm əhəmiyyət kəsb edir”.
Öz növbəsində R. Abdullayev isə vurğulayıb ki, bu gün idmanın inkişafına verdiyimiz töhfə belə bir mühüm müqavilənin imzalanmasında öz əksini tapıb. “SOCAR futbola, şahmata və cüdoya Azərbaycanda və ölkədən kənarda davamlı dəstəyin göstərilməsi ilə daima seçilir. İJF ilə tərəfdaşlığımızı gələcək nəsillərə yatırdığımız mənalı sərmayə kimi qiymətləndiririk”,- deyə R. Abdullayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]