SİYASƏT
Sodik Safoyev: Milli Məclisə seçkilər şəffaf keçir
Bakı, 9 fevral, AZƏRTAC
Fevralın 9-da Azərbaycan Respublikası parlamentinə seçkilər şəffaf və yüksək səviyyədə keçir, seçicilərin maneəsiz səs verməsi üçün seçki məntəqələrində hər cür şərait yaradılıb. Səsvermənin gedişini izləmək üçün müşahidə qrupumuzun üzvləri bu gün ərzində seçki məntəqələrində olacaqlar. Hazırda yüksək səviyyədə seçici fəallığı müşahidə edilir ki, bu da Azərbaycan əhalisinin öz taleyini özü həll etdiyinə dəlalət edir. Milli Məclisə seçkilər ölkənin həyatında mühüm hadisədir, əminəm ki, onun nəticələri tezliklə öz bəhrəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edən MDB müşahidə missiyasının üzvü, Özbəkistan Senatı Ali Məclisi sədrinin birinci müavini Sodik Safoyev jurnalistlərə müsahibəsində deyib.