“SODRUJESTVO” QƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ VETERANLARI TƏBRİK ETMİŞDİR
Döyüş meydanlarında həlak olan sovet əsgərlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra cəmiyyətin sədri Tatyana Kərimova faşist Almaniyası üzərində qələbənin 59-cu ildönümü münasibətilə müharibə veteranlarını təbrik etmiş və bildirmişdir ki, ölkəmizdə müharibə veteranlarına xususi diqqət və qayğı göstərilir. Onlara humanitar yardım olunur, bütün bayramlarda yad edilirlər.
Rusiya Federasiyasının ölkəmizdəki səfirinin məsləhətçisi Vladimir Jitnikov, hərbi attaşe Yevgeniy Kondakov, Azərbaycanda rus cəmiyyəti sədrinin müavini Vladimir Tatarenko və başqaları veteranlara möhkəm cansağlığı arzulamışlar.
Suraxanı rayonundakı 141 nömrəli orta məktəbin şagirdləri, Musiqili Komediya Teatrının aktyorları konsert proqramı ilə səbəbkarları şənləndirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]
Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub
- 01.10.2026 [15:26]
Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu
- 01.10.2026 [14:17]
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
- 01.10.2026 [12:20]