Sofiya yaxınlığındakı pirotexnika anbarı yanır
Bakı, 26 iyul, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiya yaxınlığında yerləşən pirotexnika anbarında iyulun 25-i axşam saatlarından başlayan yanğını hələ də söndürmək mümkün olmayıb.
AZƏRTAC Bolqarıstan Milli Radiosuna istinadla xəbər verir ki, anbardakı yanğın və partlayışlar səbəbindən onun yerləşdiyi Elin-Pelin kəndi təbii fəlakət zonası elan edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub. Həkimlər bədən səthinin 85 faizindən çoxu yanan daha bir nəfərin həyatı üçün mübarizə aparır. Yanğın başlayan zaman anbarda neçə nəfərin olduğu dəqiq məlum deyil.
Hadisənin baş verdiyi ərazidə havanın keyfiyyətini ölçən mobil monitorinq stansiyası qurulub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]