Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sofiyada “Azərbaycan muzeyləri. Muzeylər – mədəni turizmin cəlbedici obyektləri” mövzusunda konfrans keçirilib VİDEO

Sofiya, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycan Xalça və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeylərinin 50 illik yubileylərinin qeyd olunması kontekstində Sofiyada Avropa Komissiyasının Bolqarıstandakı nümayəndəliyinin “Avropa Evi” zalında “Azərbaycan muzeyləri. Muzeylər - mədəni turizmin cəlbedici obyektləri” mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Mədəniyyət Nazirliyinin himayəsi altında Bolqarıstanın “199” Mədəniyyət Fondu ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.

Konfransda Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri və muzey mütəxəssisləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Bolqarıstan Mədəniyyət Nazirliyinin beynəlxalq və regional fəaliyyətlər departamentinin direktoru Ventsislav Velev, Avropa Parlamentinin Bolqarıstandakı İnformasiya Bürosunun rəhbəri Teodor Stoyçev, Azərbaycan Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (İKOM) Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikova və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış ediblər.

Səfir N.Qurbanova muzeylərin xalqımızın maddi və mənəvi xəzinəsini təmsil və ölkəmizin yaxın və uzaq keçmişini canlı şəkildə təcəssüm etdirdiyini bildirib. Ölkəmizdə 250-dən çox dövlət və özəl muzeyin olduğunu vurğulayan səfir Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Milli İncəsənət Muzeyi, “Qala” Açıq Səma Altında Arxeoloji-Etnoqrafik Muzey, dünyada ilk olan Azərbaycan Xalça Muzeyi, “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Miniatür Kitablar Muzeyi və digərlərinin adlarını sadalayıb.

Mədəni turizmin əsas obyektləri kimi, muzey və qalereyaların ölkənin turistik imicinin yaradılmasında əvəzedilməz rolu olduğunu söyləyən diplomat mədəni turizmin qlobal turizmin 40 faizini təşkil etdiyini vurğulayıb. O, UNESCO-nun statistikasına əsasən, bütün dünyada muzeylərin sayında 1975-ci ildən indiyədək 22 mindən 55 minədək artım müşahidə olunduğu barədə məlumat verib. Konfrans iştirakçılarına Azərbaycan Xalça və Musiqi Mədəniyyəti Dövlət muzeyləri barədə məlumat verən səfir dünyada ilk xalça muzeyinin 1967-ci ildə Bakıda yaradıldığını, xalçaçılıq sənətinin Azərbaycanda qədim tarixə və güclü ənənələrə malik olduğunu, dünyada məşhur Azərbaycan xalçalarının 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edildiyini bildirib.

Eyni zamanda, bu il 50 illik yubileyini qeyd edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyasına 55 mindən artıq eksponatın daxil edildiyini, musiqimizin milli identikliyin vacib elementi olduğunu vurğulayıb. Səfir Azərbaycan musiqi mədəniyyətinin 3 elementinin - muğam, aşıq sənəti, tar və onun ifaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edildiyi barədə məlumat verib. N.Qurbanova, həmçinin Azərbaycan musiqisinin incisi olan muğamın balaban alətində ifasının qızıl diskə yazılmış parçasının “Voyager” kosmik gəmisinin göyərtəsində fəzaya göndərilməsi barədə danışıb.

Avropa Parlamentinin Bolqarıstandakı İnformasiya Bürosunun rəhbəri T.Stoyçev muzeylər mövzusunda konfransın təşkilinin təqdirəlayiq hal olduğunu deyib. O bildirib ki, Avropanın birləşməsi iqtisadi sahədən başlasa da, olduqca vacib olan mədəniyyət sahəsi bu prosesə böyük töhfə verib və Avropanın inkişafının mühərrikinə çevrilib. Mədəni müxtəlifliyin insanları daha da yaxınlaşdırdığını, onları bir araya gətirdiyini deyən T.Stoyçev belə tədbirlərin rolunu yüksək qiymətləndirib və bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Bolqarıstan Mədəniyyət Nazirliyinin beynəlxalq və regional fəaliyyətlər departamentinin direktoru Ventsislav Velev mədəniyyət naziri Boil Banovun tədbir iştirakçılarına müraciətini çatdırıb. Müraciətdə bu il Azərbaycan ilə Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyi, ölkələrimiz arasında əməkdaşlığın sürətlə inkişaf etdiyi, mədəniyyət sahəsinin ikitərəfli əlaqələrdə vacib amil olduğu və mədəni dialoqun uğurla davam etdirildiyi göstərilib.

Azərbaycan Xalça Muzeyinin direktoru Ş.Məlikova rəhbərlik etdiyi muzeyin tarixi barədə məlumat verərək muzeyin dünyada xalçaçılıq sahəsində ilk ixtisaslaşmış muzey olduğunu bildirib, muzeyin yaradılmasında əvəzsiz rolu olmuş məşhur xalçaçı-rəssam Lətif Kərimovun yaradıcılığı, 2014-cü ildən muzeyin bükülmüş xalça formasında olan yeni binasının istifadə verildiyi, Azərbaycanda Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz xalça məktəblərinin olduğu, bu təsnifatın ilk dəfə L.Kərimov tərəfindən verildiyi barədə danışıb. Muzeyin fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə ətraflı məruzə ilə çıxış edən direktor cari ilin iyun ayında Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanın Etnoqrafiya Muzeyi ilə birgə “Əzəmət nümunələri - Azərbaycan xalq sənəti” adlı sərginin təşkil edildiyini xatırladıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru A.Bayramova rəhbərlik etdiyi muzeyin yaradılması, tarixi, keçdiyi inkişaf yolu barədə məruzə ilə çıxış edib. Muzeyin məqsəd və vəzifələri barədə danışan direktor muzeyin zəngin kolleksiyaya malik olduğunu qeyd edib və eksponatlar barədə məlumat verib. O qeyd edib ki, muzeydə Azərbaycan milli musiqi alətləri ilə yanaşı, milli musiqimizin banisi Üzeyir Hacıbəylinin, digər görkəmli bəstəkarlar və musiqi xadimlərinin müxtəlif not yazmaları, şəxsi əşyaları, fotoşəkillər, təsviri sənət nümunələri və s. nümayiş etdirilir. Muzeyin nəzdində xalq çalğı alətləri daimi sərgisi, Niyazinin, Vaqif Mustafazadənin mənzil-muzeylərinin filiallarının olduğunu bildirib və açılması nəzərdə tutulan Qara Qarayevin mənzil-muzeyi barədə məlumat verib.

Konfrans çərçivəsində Azərbaycan Xalça Muzeyinin direktoru Ş.Məlikova və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru A.Bayramova Bolqarıstan Milli Radiosunun türkdilli xidməti və “Fokus” radiosuna müsahibələr veriblər. Müsahibələrdə bolqar ictimaiyyətinə Azərbaycan mədəniyyətinin bir hissəsi olan muzeylərimiz, onların tarixi, zəngin kolleksiyaları, eksponatları, muzeylər tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Konfrans Bolqarıstan KİV-lərində geniş işıqlandırılıb. Bu ölkənin aparıcı qəzetlərindən olan “Telegraf” qəzetində, “Fokus” Xəbər Agentliyi və Bolqarıstan Milli Radiosunun saytlarında konfrans barədə məqalələr yerləşdirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sofiyada “Azərbaycan muzeyləri. Muzeylər – mədəni turizmin cəlbedici obyektləri” mövzusunda konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər