Son 24 saatda “Taliban” hərəkatının 285 silahlısı öldürülüb
Bakı, 17 iyul, AZƏRTAC
Son sutka ərzində Əfqanıstanda hökumət qüvvələri ilə döyüşlərdə “Taliban” hərəkatının 285 silahlısı öldürülüb, daha 205-i yaralanıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Hərbi əməliyyatlar Nanqarhar, Qəzni, Host, Qandahar, Samanqan, Bəlx, Cauzcan, Tahar, Kabil və digər əyalətlərdə, ümumilikdə 13 əyalətdə gedib. Nazirliyin məlumatına görə, taliblər ən çox Cauzcan əyalətində itki veriblər. Orada 81 terrorçu, o cümlədən 6 səhra komandiri öldürülüb, 45 silahlı yaralanıb.
Bir müddət əvvəl “Taliban” hərəkatı Əfqanıstan hökumətinə üçaylıq atəşkəs təklif edib. Bunun müqabilində 7 min məhbusun həbsxanadan buraxılması və hərəkat liderlərinin adlarının “BMT-nin qara siyahısından” çıxarılması şərti irəli sürülüb.
Qeyd edək ki, ABŞ və müttəfiqlərinin qoşunlarını Əfqanıstandan çıxarması fonunda aktivləşən “Taliban” hərəkatı ölkənin nəzarətini ələ almaq üçün irimiqyaslı hücum əməliyyatları keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]