Son səkkiz ildə Türkiyədə kitabxanaların ümumi istifadə sahəsi üç dəfəyədək artıb
İstanbul, 4 avqust, AZƏRTAC
Türkiyədə kitabxanaların ümumi istifadə sahəsi son 8 ildə 320 min kvadratmetrdən təxminən 900 min kvadratmetrə çatdırılıb. Bu göstərici ölkənin respublika tarixində qeydə alınan ən yüksək səviyyədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Şırnak Vilayət Xalq Kitabxanasının açılış mərasimində bildirib. Nazirin sözlərinə görə, eyni dövrdə xalq kitabxanalarının üzvlərinin sayı 2,8 milyondan 7,2 milyona, istifadəçilərin sayı isə 28 milyondan 39,2 milyona yüksəlib.
Mehmet Nuri Ersoy qeyd edib ki, əldə olunan göstəricilər kitabxana infrastrukturunun genişləndirilməsi və xidmətlərin əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]