SON VAXTLAR BƏZİ QƏZETLƏRİN YAYDIĞI MƏLUMATLAR HƏQİQƏTƏ UYĞUN DEYİLDİR
Qətiyyətlə bildirirəm ki, general Çarlz Uoldun Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşü zamanı Amerika Birləşmiş Ştatlarının, yaxud da NATO-nun hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi barədə söhbət olmamışdır. Mən bunu görüşdə iştirak edən şəxs kimi bəyan edirəm.
Görüşdə Azərbaycan Respublikası və ABŞ-ın müdafiə nazirlikləri arasında strateji əməkdaşlıq məsələləri müzakirə edilmiş və nazirliyin mətbuat xidməti bu barədə ətraflı məlumat vermişdir.
General Çarlz Uold səfərinin sonunda Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində kütləvi informasiya vasitələri nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Azərbaycanda bazaların yerləşdirilməsinə münasibət bildirərək belə demişdir: “Mən şayiələrə son qoymaq üçün bəyan edirəm: Biz Azərbaycanda nə müvəqqəti, nə də daimi bazalar yerləşdirməyə hazırlaşmırıq”.