“Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayın” mövzusunda fotosərgi keçiriləcək
Minsk, 27 avqust, AZƏRTAC
Sentyabrın 3-də Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsinin binasında Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin və İkinci Dünya müharibəsinin başa çatmasının 70-ci ildönümünə həsr edilmiş “Sonuncu dünya müharibəsi: sülh naminə yadda saxlayın” mövzusunda fotosərginin açılış mərasimi keçiriləcək. Bu barədə AZƏRTAC-a Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.
Doqquz dövlətin: Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistanın birgə layihəsi kimi təşkil edilən fotosərginin ekspozisiyası müharibə illərində keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında çəkilmiş nadir fotoşəkillərdən ibarətdir.
Sərginin açılış mərasiminə Birliyin iştirakçısı olan dövlətlərin səfirləri və daimi nümayəndələri, xarici işlər nazirliklərinin nümayəndələri, təşkilatın İcraiyyə Komitəsinin vəzifəli şəxsləri və əməkdaşları dəvət edilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]
Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
- 16.06.2026 [13:40]