“SOSİAL SIĞORTA HAQQINDA” QANUNA ƏLAVƏ OLUNACAQ
AZƏRTAC xəbər verir ki, iclasda “Diplomatik xidmət haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sosial sığorta haqqında” Qanuna əlavə edilməsi və Azərbaycan Respublikası Hökuməti ilə Belçika Krallığı Hökuməti, Belçika-Lüksemburq İqtisad İttifaqı və Yunanıstan Respublikası Hökuməti arasında imzalanmış saziş, konvensiya və qanun layihələri müzakirə olunmuşdur.
Birinci məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat vermişdir. O demişdir ki, Azərbaycanın xarici ölkələrdəki səfirlik, nümayəndəlik və konsulluq xidmətlərində çalışan əməkdaşlarının xaricdə aldıqları əmək haqlarından sosial sığorta ödəmələri qanuna ziddir. Qanuna təklif olunan əlavədə onlar həmin məvaciblərə görə sosial sığorta ödənişindən azad olunurlar. Sosial sığorta ödəmələri həmin əməkdaşların Azərbaycanda aldıqları əmək haqqından tutulacaqdır. Əməkdaş, Azərbaycanda, tutduğu vəzifəyə görə maaşının 50 faizini alacaq, amma sosial sığorta həmin əmək haqqının 100 faizindən tutulacaqdır.
Sonra digər layihələrə münasibət bildirildi və sonda müzakirə olunan məsələlərin hamısını Milli Məclisin gündəliyinə çıxarmaq qərara alındı.