“Sosial xidmət haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiq edilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən “Sosial xidmət haqqında” Qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 6-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Belə ki, Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 884-VIQD nömrəli Qanununa dəyişikliklərlə, 7.1.9-cu maddəyə “müəssisələrində” sözündən sonra “, “habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində” sözləri əlavə edilir.
13.2.1-ci maddədə isə, “sosial” sözündən əvvəl “dövlət” sözü, “yerləşdirilməsi” sözündən sonra “və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri əlavə edilir. 13.2-ci maddədə “şəxslərin (ailələrin)” sözləri “şəxsin (ailənin)” sözləri ilə, “müəssisələrinə yerləşdirilməsi” sözləri “müəssisəsinə yerləşdirilməsi və həmin müəssisəni tərk etməsi, habelə sosial xidmətin göstərilməsi” sözləri ilə əvəz edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]