SOSİAL YARDIM PROQRAMI HƏYATA KEÇİRİLİR
Novruz bayramı ərəfəsində Ağstafa rayonunda Alman Texniki Əməkdaşlıq Təşkilatı tənha, kimsəsiz ahıllara, birinci qrup əlillərə və başçısını itirmiş ailələrə kömək məqsədilə sosial yardım proqramı həyata keçirir.
Təşkilatın Ağstafa şəhərindəki ofisindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yaxın günlərdə yekunlaşacaq proqram çərçivəsində hər ailəyə 1 kisə olmaqla 290 ton un paylanılacaqdır.