SOVET QOŞUNLARININ ƏFQANISTANDAN ÇIXARILMASININ 15 İLLİYİNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Xatırladaq ki, ümummilli liderimiz Heydər Əliyev və Prezident İlham Əliyev də bu medala layiq görülmüşlər.
Xalqımızın dahi oğlunun nurlu xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun 1993-cü ildə Əfqanıstan müharibəsi veteranları ilə görüşündən bəhs edən videomaterial nümayiş etdirilmişdir.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin birinci müavini Abbas Abbasov, milli təhlükəsizlik naziri Namiq Abbasov, daxili işlər naziri Ramil Usubov, gənclər idman və turizm naziri Əbülfəz Qarayev, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Fuad Ələsgərov və digər rəsmi şəxslər Əfqanıstan müharibəsi veteranlarına və onların ailə üzvlərinə göstərdikləri diqqət və qayğıya görə xatirə medalı ilə təltif olunmuşlar.
Mərasimdə çıxış edən Əli Həsənov Əfqanıstan müharibəsi iştirakçılarını xalqımızın fədakar oğlanları adlandıraraq, AXC-Müsavat hakimiyyəti zamanı onlara qarşı ögey və qərəzli münasibəti pisləyərək demişdir ki, bu insanlar dövlətin tapşırığı ilə hərbi borclarını yerinə yetirmişlər. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, Ermənistanın hərbi təcavüzü başlayanda onlar Vətənimizin müdafiəsinə qalxmış, Prezident Heydər Əliyevin 1993-cü il 2 noyabrdakı tarixi müraciətinə ilk səs verənlərdən olmuşlar.
Mərasimdə bildirilmişdir ki, Əfqanıstan müharibəsi veteranlarına göstərilən dövlət qayğısı bundan sonra da davam etdiriləcəkdir.
Axırda mükafatlananlar xatirə şəkli çəkdirmişlər.