SOYDAŞLARIMIZ QAZAXISTAN XALQLARININ BİRLİYİ GÜNÜNDƏ İŞTİRAK ETMİŞLƏR
Almatının baş meydanında keçirilən tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev çıxış etmişdir. O demişdir:
-Ölkəmizdə 130 xalqın nümayəndəsi yaşayır. Müstəqilliyin 12 ili ərzində Qazaxıstanda heç bir millətlərarası münaqişə olmamışdır və bundan sonra da olmayacaqdır. Burada yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir.
Almatıdakı “Turan” konqresinin sədri Əbülfəz Xamedov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
-Qazaxıstanda 130 mindən çox azərbaycanlı yaşayır. Onların hüquqları ölkə qanunları ilə qorunur. Bütün vilayətlərdə bazar günü məktəbləri fəaliyyət göstərir və bu məktəblərdə xalqımızın dili, ədəbiyyatı, mədəniyyəti, tarixi, milli adət-ənənələri öyrədilir. Həmin tədbirlərdə mahnı və rəqs ansambllarımızla daim iştirak edirik.