SOYĞUNÇULUQLA MƏŞĞUL OLAN ŞƏXS TUTULMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Babayev Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Tofaş” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Tengiz Məmmədovu tapança ilə hədələyərək onun pulunu, mobil telefonunu və qızıl əşyalarını almış, avtomaşını qaçırmağa cəhd göstərmişdir.
Suraxanı Rayon Polis İdarəsi 33-cü bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Babayev tutulmuş, ondan 1 ədəd pnevmatik tapança götürülmüşdür.
Faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]