SOYQIRIM ABİDƏSİ ÖNÜNDƏ ÜMUMŞƏHƏR MİTİNQİ
Mingəçevirdə ucaldılmış azərbaycanlıların soyqırımı və deportasiyası xatirə kompleksi qarşısındakı meydanda ümumşəhər mitinqi olmuşdur. İcra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı “Tariximizin qanlı 31 mart 1918-ci il səhifəsi və onun ibrət dərsləri” mövzusunda nitq söyləmişdir. O, tariximizin qaranlıq səhifələrinin üzə çıxarılmasında, milli faciələrimizə həqiqi hüquqi-siyasi qiymət verilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd etdi.
Respublikanın xalq artisti Zülfüqar Abbasovun “Ruhların qiyamı” musiqili-ədəbi rekviyeminin sədaları altında soyqırım qurbanlarının xatirəsi yad edilmiş, abidə önünə əklillər qoyulmuş, şəhid məzarları üstünə tər qərənfillər düzülmüşdür.
X X X
Abidə önündə ümumtəhsil məktəbləri şagirdlərinin soyqırım gününə həsr olunmuş açıq dərsi keçirilmişdir.
Şagirdlər ermənilərin öz himayədarlarının hərbi-siyasi köməyi ilə xalqımızın başına gətirdiyi faciələrin bir əsr davam etmiş müxtəlif dövrləri haqqında məruzə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]