Soyqırımı qurbanlarının xatirəsi Mərakeşdə anılmışdır
Bakı, 31 mart (AZƏRTAC). Ölkəmizin Mərakeşdəki səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Mərasimdə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Asiya və Okeaniya məsələləri idarəsinin rəisi B.Allali, səfirlər, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Sabir Ağabəyov 1918-ci ildə Azərbaycanın şəhər və rayonlarında ermənilər tərəfindən törədilmiş qırğınlar barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, yalnız ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi-siyasi qiymət verilmişdir.
Diplomat vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1989-cu illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiya siyasətinin davamıdır.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış məlumatlar Mərakeşin Xarici İşlər və Əməkdaşlıq Nazirliyinə, diplomatik nümayəndəliklərə və ölkənin aparıcı “Le matin” və “L'Opinion” qəzetlərinin redaksiyalarına göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]