STANSİYA TƏBİİ QAZLA İŞLƏYƏCƏKDİR
Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi əhalinin elektrik enerjisinə tələbatının ödənilməsinə müsbət təsir göstərəcəkdir. Muxtar Respublikanın energetika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 1992-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Türkiyədən gətirilmiş 4 turbinli istilik elektrik stansiyası yenidən işə salınacaqdır. Babək rayonu ərazisindəki stansiyaya 11 kilometr uzunluğunda qaz kəməri çəkilmişdir.
Hər birinin gücü 15 meqavat olan turbinləri qazla təmin etmək üçün lazımi avadanlıq alınmışdır. Stansiya yaxın vaxtlarda Rusiya, İtaliya və Almaniyadan dəvət edilmiş mütəxəssislərin köməyi ilə işə salınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]
Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb
- 07.10.2026 [13:43]