Starmer və Tramp Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
London, 9 mart, AZƏRTAC
Birləşmiş Krallığın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazirliyin Ofisi - Dauninq Strit məlumat yayıb. Bildirilib ki, liderlər ilk olaraq Yaxın Şərqdəki son vəziyyəti, həmçinin ABŞ ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığı müzakirə ediblər.
Telefon danışığı zamanı Baş nazir ABŞ hərbçilərinin həlak olması ilə bağlı Prezident Donald Trampa və Amerika xalqına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha öncə özünün “Truth Social” platformasında Böyük Britaniyanın Yaxın Şərqə aviadaşıyıcı gəmilər göndərməsinə ehtiyac olmadığını bildirmişdi.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]