Stokholmda azərbaycanlı yazıçının yerli ictimaiyyətlə görüşü təşkil edilib
Stokholm, 18 aprel, Rauf Əliyev, AZƏRTAC
İsveçdə fəaliyyət göstərən İsveç Azərbaycan Dərnəyi diaspor təşkilatı SAF) Stokholm bələdiyyəsi (Folk Huset) ilə birgə əməkdaşlığı nəticəsində bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı yazıçısı Eluca Atalının yerli ictimaiyyətlə görüşünü keçirib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, tədbirdə çıxış edən SAF-ın rəhbəri Sevda Dadaşova qonaqları Azərbaycan və İsveç dillərində salamlayaraq onlara yazıçı Eluca Atalının fəaliyyəti haqda qısa məlumat verib.
Tədbirdə bu günə qədər müxtəlif dillərdə və fərqli ölkələrdə 35 kitabı çap olunmuş müəllifin yaradıcılığı, yazdığı ədəbi janrlar, çalışdığı mövzular və onlara yanaşma prinsipi geniş şəkildə müzakirə edilib.
Tədbirdə Eluca Atalı fəaliyyəti, son illərdə işıq üzü görən əsərləri və onların yazılma aspektləri barədə qonaqlara geniş məlumat verib.
Müəllifin yaradıcılığı haqda fikirlərini bölüşən pianoçu Aydın Ziyadxanlı, yazıçı Şəlalə Əbil, rejissor Rahim Sadıqbəyli onun əsərlərini yüksək qiymətləndiriblər.
Görüş konsert proqramı və Stokholmda fəaliyyət göstərən “Qarabağ” rəqs qrupunun çıxışı ilə davam edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm