STOLÜSTÜ TENNİSÇİLƏR DAĞISTANDA KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞLARDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 3 avqust (AZƏRTAC). Avqustun 8-dən 12-dək Mahaçqalada Rusiya Stolüstü Tennis Federasiyasının, Dağıstan Bədən Tərbiyəsi və İdman Nazirliyinin, Dağıstan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə Xəzəryanı dövlətlərin beynəlxalq turniri keçiriləcəkdir. Yarışlarda millimizi baş məşqçi Aleksandr Zudov və məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında 8 oyunçu (4 oğlan və 4 qız) təmsil edəcəkdir.
Tədbirdə ölkəmizlə yanaşı İran, Türkmənistan, Qazaxıstan və Rusiyanı təmsil edən 64 tennisçi iştirak edəcəkdir.
Beynəlxalq yarışlar Dağıstanda bu idman növünün populyarlaşması və təbliği, idmançıların ustalığının artırılması və Xəzəryanı dövlətlərin idmançıları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədini güdür.
Komandamızın üzvləri avqustun 12-də Vətənə dönəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]