STOLÜSTÜ TENNİSÇİLƏR LATVİYADAN QƏLƏBƏ İLƏ QAYITMIŞLAR
Bakı, 3 avqust (AZƏRTAC). Azərbaycanın stolüstü tennis üzrə yığması Latviyanın Drusti şəhərində təşkil olunmuş beynəlxalq yarışlardan qələbə ilə Vətənə dönmüşlər. 10 gün davam etmiş turnirdə kişilərin komanda yarışlarında idmançılarımız gözəl oyun nümayiş etdirərək 2-ci, qadın komandamız isə 3-cü yerə sahib olmuşdur.
Şəxsi yarışlarda tennisçilərimiz daha uğurlu çıxış etmişlər. Ramil Cəfərov gümüş, qadınlarda isə Bilurə Eminova bürünc medala layiq görülmüşlər.
Qeyd etmək lazımdır ki, turnirdə həm kişi, həm də qadın komandalarının yarışında Özbəkistan idmançıları 1-ci yeri tutmuşlar. Kişilərin şəxsi yarışlarında Latviya, qadınlarda isə Özbəkistan idmançıları ən yüksək pilləyə qalxmışlar.
Adı çəkilən turnir sentyabrda Almaniyanın Ştutqard şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşımışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]