STOLÜSTÜ TENNİSÇİLƏRİMİZ AVROPA BİRİNCİLİYİNƏ RUSİYADA HAZIRLAŞACAQLAR
AZƏRTAC xəbər verir ki, stolüstü tennis üzrə gənclərdən (1989-cu il və daha kiçik yaşlı) ibarət yığma komandamız Avropa çempionatına Rusiyanın Nurlat şəhərində hazırlaşacaqdır. İyunun 6-da Rusiyaya yola düşəcək yığmamızın heyətinə Rüfət Quliyeva, Leyla Şirvani, Səbinə Əhmədova, Diana Rovnikova, Aliyə Muxtarova, Elvin Əliyev, Rüstəm Əliyev, Rafiq Abramov, Cəfər Cəfərzadə və İkin Sevindikzadə daxildirlər. Tennisçilərimiz Rusiyanın ikinci komandası ilə bir həftəlik təlim-məşq toplanışında iştirak etdikdən sonra iyunun 15-19-da həmin şəhərdə keçiriləcək Şərqi Avropa ölkələri liqasının turnirinə qatılacaqlar.
Məqsəd iyulun 25-30-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına yığma komandanın optimal heyətini müəyyənləşdirmək, idmançıların yarışda uğurlu çıxışı üçün yüksək fiziki hazırlığı təmin etməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]