STOLÜSTÜ TENNİSÇİLƏRİMİZ BEYNƏLXALQTURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, dekabrın 10-dan 20-dək İranın Qəzvin şəhərində yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq Fəcr turniri keçiriləcəkdir.
Turnirdə baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə iştirak edəcək yığmamızın heyətində Emin Faxretov, Orxan Məmmədzadə, İlkin Sevindikzadə və Rüstəm Əliyev 1993-94-cü il, Yusif Quluzadə, Elvin Əliyev, Cəfər Cəfərzadə, Rafael Abramov isə 1991-92-ci il təvəllüdlü idmançılar arasında mübarizə aparacaqlar.