Stolüstü tennisçilərimiz “Europe youth series” turnirində yarımfinala yüksəliblər
Bakı, 27 aprel, AZƏRTAC
Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində uğurla çıxış edir.
AZƏRTAC Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız dörddəbir finalda Sloveniya millisini də 5:1 hesabı ilə məğlub edib. Yarımfinalda stolüstü tennisçilərimiz ev sahibinin digər kollektivi ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]