Stolüstü tennisçilərimiz finalda
Bakı, 27 aprel, AZƏRTAC
Stolüstü tennis üzə U-13 milli komandamız Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın Osiyek şəhərində keçirilən yarışın qrup mərhələsində Yunanıstan, Portuqaliya və Xorvatiya seçmələrinə qalib gələn komandamız dörddəbir finalda Sloveniya millisini 5-1, yarımfinalda isə ev sahibinin digər kollektivini 5-0 hesabı ilə üstələyərək həlledici mərhələyə adlayıb.
Komandamızın finaldakı rəqibi Çexiya seçməsi olacaq.
Qeyd edək ki, Osiyek sınaqlarında məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]