Stolüstü tennisçilərimiz Gürcüstanda keçirilən beynəlxalq turnirin dörddəbir finalına yüksəlib
Bakı, 23 sentyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə stolüstü tennisçilərin “Wtt Youth Contender Tbilisi” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də 17 yaşadək idmançıların mübarizəsinə qatılan Arzu Aslanova və Aylin Əsgərova mükafatlara doğru inamla irəliləyirlər.
Arzu Aslanova qrup mərhələsində iranlı və özbəkistanlı rəqibləri üzərində qələbə qazanaraq səkkizdəbir finala adlayıb.
Bu mərhələdə Gürcüstan idmançısını da yolundan kənarlaşdıran M.Aslanova dörddəbir finala yüksəlib.
Eyni yaş qrupundakı digər təmsilçimiz Aylin Əsgərova ilkin mərhələdə İran və Qazaxıstan tennisçilərinə qalib gəlib.
Ardınca daha bir qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını dörddəbir finala yazdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]