Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strasburqda anti-Azərbaycan cəbhəsi: Bakıya qarşı yeni kampaniyanın arxasında kimlər dayanır?

Strasburqda anti-Azərbaycan cəbhəsi: Bakıya qarşı yeni kampaniyanın arxasında kimlər dayanır?

Bakı, 25 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda guya “tənqidi səslərin susdurulması” ilə bağlı qəbul etdiyi növbəti qətnamə, əslində, gözlənilməz hadisə deyil. Bu sənəd son illər ərzində Assambleyanın Azərbaycana münasibətdə formalaşdırdığı siyasi xəttin “məntiqi” davamıdır və bir daha göstərir ki, Avropanın bəzi institutları neytral beynəlxalq platforma funksiyasından getdikcə uzaqlaşaraq siyasi təzyiq alətinə çevrilməkdədir. Diqqətçəkən məqamlardan biri də odur ki, qətnamə ayrıca proses kimi meydana çıxmayıb. Demək olar ki, eyni vaxtda Fransanın Xarici İşlər Nazirliyi də Azərbaycan əleyhinə növbəti bəyanatlarla çıxış edib. Bu hadisələr arasında birbaşa əlaqənin mövcudluğunu təsdiqləyən faktlar olmasa da, onların zaman baxımından üst-üstə düşməsi müxtəlif Avropa institutlarının Bakıya münasibətdə eyni siyasi xətt üzrə hərəkət etdiyini göstərən növbəti nümunə kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, qətnamənin əsasını təşkil edən məruzə AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsi tərəfindən hazırlanıb və məruzəçi Belçikadan olan parlamentari Kristof Lakruadır. Müzakirələr zamanı Almaniyadan olan deputat Frank Şvabe yenə də ölkəmizi əsassız olaraq hədəfə alıb. Şvabe uzun illərdir ki, Avropa Şurası strukturlarında Azərbaycana qarşı ən sərt mövqe nümayiş etdirən siyasətçilərdən biri kimi tanınır. Onun adı Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi təşəbbüslərində, “siyasi məhbuslar” mövzusu ətrafında aparılan kampaniyalarda, ağır cinayətlərdə ittiham olunan şəxslərin azad olunması ilə bağlı çağırışlarda, eləcə də erməni lobbisinin irəli sürdüyü tezislərin dəstəklənməsi ilə bağlı müzakirələrdə dəfələrlə hallanıb.

“Şvabenin irəli sürdüyü təşəbbüslərin əksəriyyəti Qərb maliyyə mənbələri hesabına fəaliyyət göstərən və artıq müşahidəçi deyil, siyasi proseslərin iştirakçısına çevrilmiş qeyri-hökumət təşkilatlarının təqdim etdiyi materiallara istinad edir. Nəticədə, AŞPA daxilində oxşar mövqeyi bölüşən deputatlar qrupu formalaşıb və həmin qrup mütəmadi olaraq yalnız Azərbaycanla bağlı məsələlərin gündəmə gətirilməsinə çalışır, regiondakı proseslərə daha geniş və balanslı yanaşma cəhdlərini isə ardıcıl şəkildə bloklayır”, - deyə S.Fətəliyeva əlavə edib.

Milli Məclisin deputatı qeyd edib ki, son illər Avropa institutlarında Azərbaycana qarşı ən sərt mövqedən çıxış edən siyasətçilərin dairəsi də kifayət qədər aydın görünür. Frank Şvabe ilə yanaşı, erməni gündəliyinə yaxınlığı ilə seçilən deputatlar və Fransanın siyasi elitasını təmsil edən şəxslər həm AŞPA-da, həm də Avropa Parlamentində ardıcıl şəkildə anti-Azərbaycan təşəbbüslərinin müəllifləri kimi çıxış edirlər.

Sevinc Fətəliyevanın fikrincə, diqqət yetirildikdə görünür ki, son dövrlərdə qəbul olunan qətnamələrin böyük əksəriyyəti eyni ittihamlar üzərində qurulur, eyni qeyri-hökumət təşkilatlarının materiallarına istinad edir və Azərbaycanın rəsmi mövqeyi, milli qanunvericiliyi, eləcə də suveren dövlət kimi öz hüquq sistemini formalaşdırmaq hüququ demək olar ki, nəzərə alınmır. Bu isə təsadüfi deyil. Müasir çoxtərəfli diplomatiya şəraitində koordinasiyalı informasiya kampaniyalarının əsas xüsusiyyəti məhz oxşar narrativlərin müxtəlif beynəlxalq platformalarda eyni vaxtda dövriyyəyə buraxılmasıdır.

Onun sözlərinə görə, qətnamənin qəbul edilmə vaxtı da diqqətdən kənarda qalmamalıdır: “Azərbaycan bu gün beynəlxalq nüfuzunu ardıcıl şəkildə gücləndirən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayan, Mərkəzi Asiya, Türkiyə, Körfəz ölkələri və Çinlə əməkdaşlığını genişləndirən, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaşlardan biri kimi çıxış edən dövlətdir. Qarabağ üzərində konstitusion suverenliyinin tam bərpası, COP29-a uğurla ev sahibliyi və ABŞ vasitəçiliyi ilə Ermənistanla tarixi sülh sazişinin əldə olunması Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasi kurs həyata keçirən və öz strateji gündəliyini ardıcıl şəkildə reallaşdıran dövlət kimi mövqeyini daha da möhkəmləndirib. Məhz bu müstəqil siyasi xətt Avropa institutlarında Azərbaycanı əvvəlki kimi xarici təsirlərə açıq tərəf kimi görmək istəyən müəyyən dairələrdə narahatlıq yaradır. “İnsan hüquqları” mövzusu ətrafında qəbul olunan qətnamələr də məhz bu siyasi təzyiq mexanizminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Simptomatik məqam ondan ibarətdir ki, Azərbaycanla bağlı müzakirələrlə eyni dövrdə AŞPA Gürcüstan və Serbiyaya dair məruzələri də nəzərdən keçirib. Bu isə göstərir ki, daha müstəqil xarici siyasət yürüdən dövlətlər Avropanın bəzi institutlarında daha sərt siyasi tənqid hədəfinə çevrilirlər. Xüsusi diqqət çəkən digər məqam isə AŞPA-nın qətnaməsi ilə Fransa Xarici İşlər Nazirliyinin bəyanatları arasındakı zaman uyğunluğudur. Onların birbaşa əlaqələndirilməsi barədə ortada konkret fakt olmasa da, son illərin təcrübəsi göstərir ki, Fransa Azərbaycana qarşı siyasi təzyiq siyasətinin ən ardıcıl təşəbbüskarlarından biri olaraq qalır”.

Siyasi qərəzlilik beynəlxalq institutların nüfuzuna ciddi zərbə vurur

Deputat qeyd edib ki, Fransa Senatı və Milli Assambleyasında qəbul edilən çoxsaylı anti-Azərbaycan qətnamələri, rəsmi Parisin müntəzəm bəyanatları, erməni mövqeyinə verilən açıq siyasi dəstək və Azərbaycan məsələsinin müxtəlif Avropa platformalarına çıxarılması istiqamətində aparılan fəaliyyət bu siyasətin davamlı xarakter daşıdığını göstərir. Fransalı siyasətçilərin həm AŞPA-da, həm Avropa Parlamentində, həm də milli qanunverici orqanlarda eyni mövqedən çıxış etməsi çoxsəviyyəli siyasi təzyiq mexanizminin formalaşdığını deməyə əsas verir. Belə şəraitdə müxtəlif Avropa institutlarının eyni vaxtda oxşar mövqelərlə çıxış etməsi təsadüfi uyğunluqdan daha çox ümumi siyasi tendensiyanın təzahürü kimi görünür.

S.Fətəliyeva onu da deyib ki, hazırkı qətnamənin əsas problemi yalnız irəli sürülən ittihamlarla məhdudlaşmır. Sənəd bir daha göstərir ki, AŞPA getdikcə bərabərhüquqlu parlamentlərarası dialoq platforması funksiyasını itirmək təhlükəsi ilə üz-üzədir. Qərarlar əvvəlcədən qərəzli mövqeyi ilə seçilən məruzəçilərin hazırladığı sənədlər əsasında qəbul edildikdə və sonradan ayrı-ayrı dövlətlərin siyasi bəyanatları ilə müşayiət olunduqda belə sənədlərə etimadın azalması qaçılmaz olur.

“Azərbaycan beynəlxalq institutlarla qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında dialoqa açıqdır. Lakin əvvəlcədən müəyyənləşdirilmiş siyasi ittihamlar üzərində qurulan yanaşma sağlam əməkdaşlıq modeli hesab oluna bilməz. Həqiqi tərəfdaşlıq yalnız qarşılıqlı etimad və bərabərlik prinsipləri əsasında mümkündür. Mövcud vəziyyət, ilk növbədə, Azərbaycanın deyil, Avropa institutlarının özlərinin qarşısında duran ciddi sınaqdır. Azərbaycan beynəlxalq arenada milli maraqlarını müdafiə etmək qabiliyyətini artıq dəfələrlə nümayiş etdirib. Əsas sual isə Avropa institutlarının beynəlxalq etimadı və qərəzsiz platforma statusunu qoruyub saxlaya bilib-bilməyəcəyidir. Tarix göstərir ki, siyasi qərəzlilik beynəlxalq institutların nüfuzuna ciddi zərbə vurur. AŞPA da parlamentlərarası dialoq platformasından siyasi təzyiq mexanizminə çevrilmək istiqamətində irəlilədikcə, onun beynəlxalq nüfuzu və etibarlılığı ilə bağlı suallar daha da aktuallaşır. Bu şəraitdə Azərbaycan üçün əsas vəzifə suveren bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq və çoxqütblü beynəlxalq münasibətlər prinsiplərini bölüşən ölkələrlə əməkdaşlığı daha da genişləndirmək, mövqeyini məhz bu prinsiplərə sadiq qalan beynəlxalq platformalarda ardıcıl şəkildə ifadə etməkdir”, - deyə deputat vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib