STRASBURQDA FAŞİSTLƏRİN QAZ KAMERALARININ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Elzas rayonu prefekturunun, şəhər bələdiyyə idarəsi başçısının, Fransadakı İsrail Mədəniyyət Mərkəzi sədrinin və digər rəsmi şəxslərin iştirak etdiyi tədbirdə müharibənin bugünədək unudulmayan ağrılarından, onun vurduğu yaralardan, faşistlərin törətdiyi vəhşiliklərdən, dinc əhaliyə, xüsusilə yəhudilərə divan tutmasından, onlara olmazın işgəncələr verməsindən, təkcə bu rayonda yaratdıqları qaz kameralarında 86 yəhudini boğmalarından danışılmış və onların Strasburq yaxınlığındakı Kronenberq qəbiristanlığında dəfn edildiyi, burada xatirə abidəsinin ucaldıldığı bildirilmişdir.
Tədbir iştirakçıları bəşəriyyəti məhvə doğru aparan müharibələrə və münaqişələrə qarşı həmişə mübarizə aparmağın vacibliyini və planetimizdə sülhün, əmin-amanlığın bərqərar olmasının vacibliyini xüsusi qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]