STRASBURQDA HƏMRƏYLİK GÜNÜ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsinin təşəbbüsü və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyi ilə Strasburqdakı “Bakı gecələri” restoranında Dünya azərbaycanlılarının həmrəyliyi günü qeyd edilmişdir.
Tədbirdə Strasburqun ali məktəblərində təhsil alan gənclərlə yanaşı, nümayəndəliyin əməkdaşları, Parisdən və digər şəhərlərdən gəlmiş azərbaycanlı gənclər, diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Nümayəndəliyin rəhbəri Arif Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti barədə məlumat vermiş, gəncləri dövlətimizin başçısının müraciətindən irəli gələn vəzifələri yerinə yetirməyə, doğma Vətənimiz ətrafında sıx birləşməyə, məkrli ermənilərin yalanlarla dolu təbliğatını ifşa etməyə çağırmışdır.
Tədbirdə Azərbaycan mahnıları səslənmiş, gənclər musiqi sədaları altında rəqs etmiş və sonda viktorina keçirilmiş, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]