STRASBURQDA NOVRUZ BAYRAMI ŞƏNLİYİ
Assosiasiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, martın 20-də Strasburqda xalqımızın milli bayramı olan Novruzla əlaqədar böyük bayram şənliyi keçirilmişdir. Süfrəyə baharın gəlişindən xəbər verən yaşıl səmənilər düzülmüş, paxlava, şəkərbura, qoğal, müxtəlif rəngli yumurtular və digər şirniyyatlar qoyulmuşdur. Gecənin aparıcısı əziz bayramın tarixi, ayrılıqda hər bir çərşənbə barədə qısa məlumat verdikdən sonra şənlik başlanmışdır. Tələbələrimiz Azərbaycan rəqslərini ifa etmiş, Novruz bayramı ilə bağlı şerlər oxumuş, Kosanın məzhəkəli oyunlarından səhnəciklər göstərmiş, viktorinalar keçirmişlər.
Bayram şənliyində Strasburq şəhərində yaşayan soydaşlarımız, ölkəmizin Avropa Şurasındakı daimi nümayəndəliyinin əməkdaşları və fransız qonaqlar iştirak etmişlər.