QAN YADDAŞI
STRASBURQDA XOCALI FACİƏSİ İLƏ BAĞLI MİTİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 23-də Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin, Fransada Azərbaycanlı Tələbələr Assosasiyasının və Azərbaycan Mədəni Kültur Dərnəyinin təşkilatçlılğı ilə Strasburqda Xocalı faciəsinin 16-cı ildönümü münasibətilə mitinq keçirilmişdir.
Strasburqda yaşayan və təhsil alan aərbaycanlıların, Almaniyadan, Fransanın Bezanson, Dijon və Miluz şəhərlərindən gəlmiş Aərbaycan və türk diasporları təmsilçilərinin iştirak etdikləri mitinqdə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə təpədən dırnağadək silahlanmış azğın erməni hərbçilərinin 7 minlik əhalisi olan Azərbaycanın Xocalı şəhərinin dinc əalisinə-gnühahsız körpələrə, qadınlara, qocalara belə aman vermədən tutduqları divandan bəhs edilmiş, uydurma “erməni soyqırımı”nı tanımış Fransanın Xocalı faciəsinə reaksiya vermədiyi, indiyədək faciənin siyasi qiymət almadığı qeyd edilmişdir.
Mitinqdə Azərbaycan həqiqələrinin, o cümlədən Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması sahəsində Heydər Əliyev Fondunun fəaliyyəti, fond tərəfindən müxtəlif dillərdə çap olunmuş kitab və broşürlərin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Sonda Xocalı şəhidlərinin ruhuna dualar oxunmuş və ehsan verilmişdir.
Bazar günü isə Strasburqdakı “Azərbaycan evi”nin rəhbəri Mustafa Alıncanın yerli radioda fransız dilində apardığı iki saatlıq verilişdə xalqımızın başına gətirilən bəlalar, bu gün tarixi faktlarla heç vəchlə uyuşmayan və guya Osmanlı imperiyası dövründə saysız-hesabsız erməninin türklər tərəfindən qətlə yetirilməsinin dünya ictimaiyyəti tərəfindən tanınması üçün hər cür vasitələrdən istifadə edən ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdikləri soyqırımdan, bu faciənin tarixindən və səbəblərindən danışılmış, faciə ilə bağlı Heydər Əliyev Fondu tərəfindən buraxılmış kitablar və onların harada əldə etməyin mümkünlüyü barədə məlumat verilmişdir.
Radida səslənmiş verlişdən bir qədər sonra artıq bir neçə strasburqlu Xocalı faciəsindən bəhs edən ədəbiyyatı almaq istəyi ilə “Azərbaycan evi”nə müraciət etmişdir.