STRASBURQDA XOCALI SOYQIRIMININ 16-CI İLDÖNÜMÜ İLƏ BAĞLI MİTİNQ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Fransanın Strasburq şəhərindəki Brogli meydanında (Place Broglie) Strasburq Azərbaycan Evi, Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür Cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, bu ölkədəki türk diaspor təşkilatları ilə birgə mitinq keçirəcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunan mitinqdə günahsız Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdə, soyqırımı, terror aksiyalarında Ermənistan prezidenti Robert Köçəryanın şəxsən iştirakı vurğulanacaq, onun Beynəlxalq Tribunala verilməsi tələb ediləcəkdir.
Bundan başqa, mitinqdə Xocalı soyqırımı ilə bağlı ingilis və fransız dillərində çap olunmuş kitablar və qəzet nüsxələri paylanacaqdır. Aksiyanın sonunda qəbul olunacaq qətnamə Avropa İttifaqı və Avropa Şurasının məsul şəxslərinə təqdim olunacaqdır.
Aksiyanın keçirilməsi ilə bağlı Strasburq şəhər prefekturu və yerli polisin razılığı alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]