Strasburqda yəhudi xatirə abidəsi dağıdılıb
Bakı, 2 mart, AZƏRTAC
Fransanın Strasburq şəhərindəki qədim sinaqoqun yaxınlığında yəhudi xatirə abidəsi dağıdılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat verib. Abidə İkinci Dünya müharibəsi zamanı öldürülən yəhudilərin xatirəsinə qoyulmuşdu.
Qeyd edək ki, fevralın 19-da Alzas regionunda yəhudi qəbiristanlığında 80-ə yaxın qəbir dağıdılmışdı. Həmin gün ölkədə antisemitizm əleyhinə keçirilən kütləvi nümayişə Prezident Emmanuel Makron, Senatın sədri Jerar Larşe, Milli Assambleyanın sədri Rişar Ferran da qatılmışdılar. Yerli mətbuat 2018-ci ildə Fransada antisemitizm aktlarının artdığını bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]