Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) və onun regional idarələrində silsilə tədbirlər keçirilib. Tədbirlər zamanı agentliyin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar. Eyni zamanda, Xocalıdan olan ailələrlə görüşlər keçirilib.
Bu barədə AZƏRTAC-a SOMDA-dan məlumat verilib.
Tədbirdə çıxış edən agentliyin rəisi, general-mayor İlqar Abbasov soyqırımı tarixinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və bu faciənin heç vaxt unudulmayacağını qeyd edib. “44 günlük Vətən müharibəsində, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman ordumuzun göstərdiyi böyük igidlik və şücaət nəticəsində Xocalı faciəsi qurbanlarının intiqamı alınıb, şəhidlərimizin qanı yerdə qalmayıb. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri düşməndən təmizlənib. Bu müqəddəs torpaqlarda Azərbaycan Bayrağı dalğalanır”, - deyə o vurğulayıb.