Su kanalında batması ehtimal olunan şəxsin axtarışları davam etdirilir
Bakı, 9 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bir nəfərin Yuxarı Şirvan kanalının Yevlax rayonunun Xanabad kəndi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.
Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.