SU QUŞLARININ CƏMDƏKLƏRİNDƏ QUŞ QRİPİ VİRUSU AŞKAR EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyi bəyanatla çıxış etmişdir. Bəyanatda respublikanın səhiyyə və kənd təsərrüfatı nazirlikləri bildirirlər ki, Londonun Waybridge laboratoriyasına göndərilmiş Xəzər dənizinin sahilyanı hissəsində yaşayan su quşları qanının bəzi nümunələrində H5N1 quş qripi virusları aşkar olunmuşdur. Dövlət Baytarlıq Xidməti tərəfindən epidemioloji nəzarət daha da gücləndirilmiş, kompleks antiepizootik tədbirlər görülmüşdür. Adamların virusla yoluxması halları aşkar edilməmişdir.
Səhiyyə Nazirliyi bütün lazımi profilaktik tədbirlər görür. Səhiyyə və kənd təsərrüfatı nazirlikləri əhalini vəhşi quşlarla əlaqəyə yol verməməyə, ev quşlarını da onlardan təcrid etməyə çağırırlar. Ev quşlarının tələf olması faktları aşkar edilərsə, bu barədə Dövlət Baytarlıq Xidmətinin yerli orqanlarına dərhal məlumat verilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]