SÜD ZAVODUNDA 26 ADDA MƏHSUL İSTEHSAL OLUNUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Göyçayın ən böyük istehsal müəssisələrindən olan süd zavodunda 26 adda məhsul istehsal olunur. Zavodda quraşdırılan müasir texnoloji avadanlıq yüksək keyfiyyətli, xarici bazarlarda rəqabət aparmaq qabiliyyətinə malik məhsul istehsalına imkan verir. Buraxılan məhsullar hazırda MDB ölkələrinə, habelə Almaniya və İsrailə ixrac edilir.
Gəlirlərin bir hissəsi maddi-texniki bazanın möhkəmləndirilməsinə, istehsalın genişləndirilməsinə, yeni axın sexlərinin açılmasına yönəldilir. Keçən il müəssisədə iki hazır məhsul anbarı tikilib istifadəyə verilmiş, yeni pendir istehsalı sexinin inşasına başlanmışdır.